Polşada viza pozuntusu əməliyyatında 7 nəfərə qarşı cinayət işi açılıbbackend

Polşada viza pozuntusu əməliyyatında 7 nəfərə qarşı cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada ölkəyə giriş vizalarının verilməsində qanun pozuntularına yol verdikləri iddiası ilə 7 nəfər barəsində cinayət işi açılıb, onlardan 3-ü saxlanılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Polşa mətbuatında yayılan məlumatlara görə, Mərkəzi Antikorrupsiya Bürosunun təqdim etdiyi sübutlar əsasında istintaq martın 7-də başlayıb.

Milli Prokurorluğun Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müdir müavini Daniel Lerman bildirib ki, prokuror indiyədək viza verilməsində yol verilmiş qanun pozuntuları ilə bağlı istintaqda 7 nəfərə qarşı cinayət işi qaldırıb və onlardan 3-ü saxlanılıb.

Lerman əlavə edib ki, istintaq ödəniş müqabilində vizanın işlənməsinin sürətləndirilməsinə yönəlib və 18 ay ərzində təqdim edilmiş bir neçə yüz viza müraciətinə aid olub, onların əksəriyyəti rədd edilib.

Lerman Polşanın Honq-Konq, Tayvan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Filippin və Qətərdəki diplomatik nümayəndəliklərinə viza müraciətlərinin edildiyini bildirib.

Polşanın “Wyborcza” qəzeti keçən həftə yazıb ki, Polşa Xarici İşlər Nazirliyi yüz minlərlə immiqrantın Avropaya gəlməsinə icazə vermiş ola bilər. “Rzeczpospolita” qəzeti də sistemin necə işlədiyini bilən şirkətlər tərəfindən asanlıqla manipulyasiya edildiyini və “sistemi aşmaq” üçün ərizəçilərdən 5000 dollara qədər pul tələb etdiklərini iddia edib.

Polşa mətbuatının məlumatına görə, korrupsiya ilə mübarizə rəsmiləri avqustun 31-də Xarici İşlər Nazirliyində axtarış aparıblar. Həmin gün xarici işlər nazirinin müavini Piotr Vavrşik vəzifəsindən azad edilib.