Polşanın İrandakı səfiri XİN-ə ÇAĞIRILDI – FOTObackend

Polşanın İrandakı səfiri XİN-ə ÇAĞIRILDI  – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Aralıq dənizi və Şərqi Avropa üzrə baş direktoru Heydəri Polşanın Tehrandakı səfiri Vilçekə “Polşa xarici işlər nazirinin İrana qarşı qərəzli və əsassız ittihamlarına” etiraz edib.

Bundan əvvəl Vaşinqtonda çıxış edən Polşanın xarici işlər naziri Sikorski Ukraynadan gətirilən İranın “Şahed” pilotsuz təyyarəsini nümayiş etdirib.

O, Rusiya və İran arasında bu pilotsuz təyyarələrin istehsalı və istismarı sahəsində əməkdaşlığın Avropa və dünya üçün böyük problem olduğunu deyib və Moskva ilə Tehran arasında ittifaqı “xaos oxu” adlandırıb.

İsrailə edilən hücumlarda oxşar pilotsuz təyyarələrdən istifadə edildiyini də qeyd edən Sikorski, eyni tipli pilotsuz təyyarənin də Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında qəzaya uğradığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az