Ukrayna Rusiya ilə “hamını hamıya” əsir mübadiləsinə hazırdır – Zelenskibackend

Ukrayna Rusiya ilə “hamını hamıya” əsir mübadiləsinə hazırdır – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya ilə “hamını hamıya” əsir mübadiləsinə hazırdır. 

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Zelenski deyib ki, Ukrayna Rusiya Federasiyası ilə “hamını hamıya” əsir mübadiləsinə hazırdır.

“Bu, müharibəni bitirmək üçün bir addım ola bilər”, – o vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, Ukrayna, Avropa və ABŞ Rusiya ilə üzbəüz danışıqlar masasına əyləşməlidir.

“Ukrayna, Avropa və ABŞ Rusiya ilə üzbəüz danışıqlar masasına əyləşməlidir ki, sülhə ehtiyacın normallaşma, sıfırlama və ya barışıq vədləri ilə yenidən sarsıdılmasın”, – Zelenski əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az