“Sigma Boy” trekinin qadağan edilməsi tələb olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, aktivistlərin şikayətindən sonra Rusiyada “Sigma Boy” trekinin qadağan edilməsi təklif edilib.
Fəallar Baş Prokurorluqla əlaqə saxlayıb, uşaqların seksuallaşdırılması mövzusunda çəkilən video çarxın araşdırılmasını tələb ediblər.
Videoda 11 və 12 yaşlı qızların mini ətək geyinməsi etirazlara səbəb olub. Dünən Avropa Parlamentində trekin qadağan edilməsi təklif olunub.
Bundan əlavə, fəallar bütün bunların əlavə nəzarət tələb etdiyini əsas gətirərək, uşaqların gözəllik müsabiqələrinə, pole idmanlarına və moda nümayişlərinə diqqət yetirməyi təklif edirlər.
Xuraman Etibarlı
İnterpress.az