Rusiyada Tomsk Politexnik Kollecində atışma baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Tomsk Politexnik Kollecində atışma baş verib. Naməlum şəxslər küçədən pəncərələrə atəş açıblar.
Tələbələr təxminən yarım saat yerdə oturmalı olublar.
Tomsk Politexnik Kollecində dördüncü dərs ərzində saat 15:20-də atəş səsləri eşidilib.
Pəncərələrdən uzaqlaşmaq, çölə çıxmamaq, yerə uzanmaq üçün səsgücləndiricinin üzərindən anons verilib.
Rusiya Milli Qvardiyası təxminən 20 yaşlarında olan iki gənci saxlayıb.
Saxlanılanlar bu texnikumda oxumur, onlar pnevmatik silahdan atəş açıb.
Xuraman Etibarlı
İnterpress.az