Məktəb direktoru dərsi pozub, uşaqları qartopu oynamağa çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Məktəb direktoru səsgücləndirici ilə elan edib və şagirdləri qartopu oynamağa dəvət edib.
Məktəblilər əvvəl eşitdiklərinə inanmasalar da, sonradan direktorun “israr”ına müsbət cavab veriblər və hamı qartopu oynamağa toplaşıb.
Xuraman Etibarlı
İnterpress.az