İranlılara ciddi iqtisadi ZƏRBƏ: Hindistan nəhəng “Çabahar” layihəsinə investisiyanı GERİ ÇƏKƏCƏKbackend

İranlılara ciddi iqtisadi ZƏRBƏ: Hindistan nəhəng “Çabahar” layihəsinə investisiyanı GERİ ÇƏKƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan nəhəng Çabahar limanı layihəsinə investisiyanı geri çəkəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistanın ingilisdilli “Business Standard” qəzeti öz hesabatında məlumat yayıb.

Bildirilir ki, Hindistan Tramp administrasiyasının tələbi ilə nəhəng Çabahar limanı layihəsinə investisiyanı geri çəkəcək.

Nəşr ABŞ prezidenti Donald Trampın Çabahar limanına tətbiq etdiyi sanksiyaların Yaxın Şərq və Mərkəzi Asiya regionunda Yeni Dehli üçün böyük strateji əhəmiyyət kəsb edən Hindistan və İran arasında ticarətə təsir göstərə biləcəyini qeyd edir.

Xatırladaq ki, Hindistan Mərkəzi Asiya ilə ticarətini artırmaq üçün strateji mövqedə yerləşən Çabahar limanını idarə etməyə imkan verəcək İranla onillik müqavilə imzalayıb.

Hindistan da limanda terminalın tikintisi üçün 250 milyon dollar kredit ayırmağı təklif edib.

Xuraman Etibarlı

İnterpress.az