Ukrayna Donetsk, Luqanskı, Xerson və Zaporojye vilayətlərini geridönməz şəkildə itirdi.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Nebenzya bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Ukrayna Donetsk və Luqanskı, həmçinin Xerson və Zaporojya vilayətlərini “qayıtmaz şəkildə” itirib.
O qeyd edib ki, 2202 saylı Qətnamənin qəbulunun onuncu ildönümü avropalı həmkarlarının “nəhayət reallığa qayıtması və Zelenski və onun əlaltılarını mənasız müqavimətə təhrik etməyi dayandırması” üçün səbəb olmalıdır.
Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında deyib:
“Ukrayna indi tək Krımı deyil, Rusiyanın tərkibinə daxil olmuş Donetsk və Luqanskı, Xerson və Zaporojya vilayətlərini də geridönməz şəkildə itirib. Müvafiq olaraq, hələ də Kiyevin nəzarətində olan regionlarda vəziyyətin düzəldilməsinə ehtiyac var”.
Xuraman Etibarlı
İnterpress.az