Qarlı hava şəraiti ilə əlaqədar indiyədək 84 nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb. Onlardan 79 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.
“Müraciət edənlərdən 5 nəfərə yerində yardım olunub”, məlumatda qeyd edilib.