Hindistanda kütləvi Kumbh Mela festivalı başlayıb.
İnterpress.az xəbər verir ki, altı həftə ərzində 450 milyon insan “müqəddəs” suda çimmək üçün ora axışacaq.
Festival 6 ildən bir keçirilir, lakin hər 144 ildən bir Böyük Kumbh Mela baş verir – nadir astroloji dövr.
Rəvayətə görə, tanrı Vişnu ölməzlik iksirinin damcılarını dörd müqəddəs şəhərə töküb və bu yerlərdə çimmək günahları yuyur.
Bütün zəvvarların yerləşdirilməsi üçün 40 kv.km-lik çadır şəhərciyi tikilib və 30 müvəqqəti körpünü atılıb.
Görüntü möhtəşəmdir!
Xuraman Etibarlı
İnterpress.az