Türkiyədə restoranda insanları girov götürən şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, Türkiyənin Kocaeli vilayətində restoranda insanları girov götürən şəxs saxlanılıb.
Güllələnən mülkün sahibi dünyasını dəyişib.
***
15:56
Türkiyədə girov götürülüb, bir nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, Türkiyənin şimal-qərbində yerləşən Kocaeli vilayətində naməlum şəxs restoranda insanları girov götürüb.
Müəssisəyə daxil olarkən o, müştərilərdən birini güllələyib və yaralayıb. Hadisə yerinə xüsusi təyinatlılar və təcili tibbi yardım maşını gəlib.
Həmin şəxs indiyədək yaralını təhvil verməkdən imtina edib. Cinayətkarın motivləri hələlik məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az