Film kimi OLAY: Qadının atası bildiyi kişi atasının qatili ÇIXDIbackend

Film kimi OLAY: Qadının atası bildiyi kişi atasının qatili ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qadın 48 il sonra atası hesab etdiyi kişinin əslində əsl atasının qatili olduğunu öyrənib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, Muğladan olan qadın 48 il sonra atası olduğunu düşündüyü kişinin əslində onun əsl atasının qatili olduğunu öyrənib.

Muğlanın Akyaka qəsəbəsində yaşayan Berrin Nalcı bacısının “Sən atamın varisi deyilsən” dedikdən sonra DNT testi etdirib.

Nalcının illərdir atası olduğunu düşündüyü adamın əsl atasının qatili olduğu ortaya çıxıb. Atasının qatilinə illərdir “ata” deyən Nalcı atasının kim olduğunu dəqiq öyrənib.

Muğlanın Ula mahalında bir müddət əvvəl dünyasını dəyişən Fatma Ayyıldız keçmişdə Akyakanın ən zəngin adamlarından biri Mustafa Uyanıkla haram eşq yaşayıb və ondan 50 il əvvəl bir qızı olub.

Fatma A. bu sirri saxlayıb və Berrin Nalcını rəsmi nikahlı əri Mahir A-nın adı ilə qeydiyyatdan keçirib.

Mahir A. 1982-ci ildə həyat yoldaşı ilə qeyri-qanuni münasibətdə olan Akyaka məhəlləsinin muxtarı Mustafa Uyanıkı 1982-ci ildə arvadı ilə meşəlik ərazidə yaxalayaraq öldürüb.

Bir müddət həbsdə olan Mahir Ayyıldız həyat yoldaşını bağışlayıb və yenidən bir araya gələrək evliliyini davam etdirib.

İllərdir atası kimi tanıdığı şəxsin atasının qatili olduğunu öyrənincə şoka düşdüyünü deyən Nalcı, “Mənim üçün böyük bir travma oldu. Heç vaxt pulda gözüm olmayıb. Vicdanımı rahatlaşdırmaq və əsl atamın kim olduğunu öyrənmək üçün bu iddianı qaldırdım” deyib.

Xuraman Etibarlı

İnterpress.az