Prezident azad olunmuş yerlərə aparan yolları qısa müddətdə bərpa etmək tapşırığı veribbackend

Prezident azad olunmuş yerlərə aparan yolları qısa müddətdə bərpa etmək tapşırığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkə rəhbəri tərəfindən Agentliyə azad olunmuş torpaqlarımıza aparan yolları qısa müddətdə bərpa ermək tapşırığı verilib”.

İnterpress.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

S.Məmmədov qeyd edib ki, hazırda Kəlbəcərə yeni yol çəkilişinon layihələndirilməsi aparılır:

“Cənab Prezident rayonun işğaldan azad olunan günü gözləmədən bizə tapşırıq vermişdi ki, Kəlbəcərə gedən yolla bağlı işlərə başlayaq. Yeni yol çəkilişi Gəncə-Göygöldən keçəcək. Hələlik düşmənlə birgə yaşayşın təminatına qədər Tərtər-Ağdərə-Kəlbəcər yolundan sülhməramlıların iştirakı ilə istifadə edirik. Ölkə başçısının tapşırığına əsasən, əhalinin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni yol inşa edilir. Artıq 2 aya yaxındır yolun layihələndirilməsi həyata keçirilir. Yol çəkilişi Türkiyə şirkətilə birgə aparılacaq. Martdan etibarən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq”.

 

 

İnterpress.az