Prezidentin Özbəkistana səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəkbackend

Prezidentin Özbəkistana səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri xüsusilə dünyada baş verən son hadisələr, eyni zamanda türk birliyi istiqamətində atılacaq addımlar baxımından diqqət çəkirdi”.

“İnterpress.az” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Könül İsmayılova deyib ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib: “2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal zirvə görüşündə də Özbəkistan Prezidenti Şövkət Mirzoyayev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etmişdi”.

Könül İsmayılova qeyd edib ki, Prezidentin Özbəkistana səfəri zamanı diqqət çəkən məqam bu səfərin 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşməsi oldu: “Səfər zamanı Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın açılışı xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Xatırlamaq kifayətdir ki,Ulu Öndər Heydər Əliyev də özbək xalqına böyük sevgi ilə yanaşırdı”.

Səfər zamanı iki ölkə arasında 19 sənədin imzalandığını deyən Könül İsmayılova vurğulayıb ki, imzalanan sənədlər də Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir: “Şübhəsiz ki, müzakirə olunan mövzular və əldə olunan razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. O da qeyd edilməlidir ki, Prezidentin Özbəkistana səfəri ikitərəfli əlaqələrin inkişafına bundan sonra da mühüm töhfə verəcək. Eyni zamanda bu səfər Türk dövlətləri birliyi təşkilatının inkişafina gətirib çıxaracaq”.