Putin özünütəcrid rejiminə keçdibackend

Putin özünütəcrid rejiminə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin özünütəcrid rejiminə keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Bu, yaşadığı mühitdə koronavirusa yoluxma hallarına görədir”, – deyə Kremldən izah verilib.

Daha sonra qeyd olunub: “Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında telefon danışığı olub. Vladimir Putin ətrafındakı koronavirusa yoluxma halları ilə əlaqədar olaraq müəyyən bir müddət üçün özünü təcrid etmə rejiminə riayət etməli olduğunu söyləyiob”.

Rusiya lideri sentyabrın13-də paralimpiyaçılarla görüş zamanı ətrafındakıların çoxunun koronavirusdan əziyyət çəkdiyini bildirib.

O, həqiqətən nə olduğunu başa düşmək üçün tezliklə özünü karantinə alacağını deyib.

Daha sonra mətbuat katibi Dmitri Peskov prezidentin məcazi olaraq danışdığını açıqlayıb.

Rusiya lideri bu ilin yazında “Sputnik V” ilə koronavirusa qarşı peyvənd edilib.