Putin : “Qarabağ məsələsini Rusiyasız həll etmək mümkün deyil” – VİDEObackend

Putin : “Qarabağ məsələsini Rusiyasız həll etmək mümkün deyil” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycan ani maraqlarından əl çəkərək Qarabağda qan tökülməsinin qarşısını ala bildilər.

bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə Valday Forumunda çıxışında deyib. Onun sözlərinə görə, Qarabağda uzunmüddətli nizamlanmaya şərait yaratmaq lazımdır, tərəflər dinc yanaşı yaşamanın faydalarını dəyərləndirməlidir.

Ümumiyyətlə, belə çıxır ki, Qarabağda vəziyyəti qoruyub saxlamaq, heç də həmişə insidentlərdən qaçmaq olmur, neçə illik qarşıdurmadan sonra ideal mənzərəni təsəvvür etmək çətindir.

Nə zaman ki, regionda nəqliyyat marşrutları və iqtisadi əlaqələr açılacaq, həm Azərbaycanın, həm də Ermənistanın təhlükəsizliyinə şərait yaranacaq.

Sərhəddə vəziyyəti, delimitasiya-demarkasiya məsələsini Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil, çünki sərhədlərin xəritələri Rusiya Baş Qərargahındadır.

Putin Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin mümkün uzadılması ilə bağlı da danışıb.

Putinin həmin çıxışını təqdim edirik: