Rusiya Federasiyası kütləvi qırğın silahlarının yayılmasının, o cümlədən İranın onları əldə etməsinin əleyhinədir.
İnterpress.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Rusiya Federasiyası kütləvi qırğın silahlarının yayılmasının, o cümlədən İranın onları əldə etməsinin əleyhinədir”, – Putin qeyd edib.
O əlavə edib ki, Moskva dinc nüvə enerjisinin inkişafında İranı dəstəkləməyə hazırdır.
Kreml rəhbəri həmçinin bildirib ki, Rusiya Federasiyası İranın nüvə silahı əldə etmək niyyətinə dair sübutların olmaması barədə İsraili dəfələrlə xəbərdar edib.
Bundan əvvəl İranın xarici işlər naziri Əraqçi iyunun 23-də Putinlə danışıqlar aparmaq üçün Rusiya Federasiyasına səfər edəcəyini açıqlamışdı.
Xuraman Etibarlı
İnterpress.az