40 ilini Əfqanıstanda keçirmiş sovet hərbçisi vətəninə qayıdıb. Onu hava limanında jurnalistlər qarşılayıblar.
İnterpress.az xəbər verir ki, 1985-ci ildə Sergey Krasnoperov regionda hərbi münaqişə zamanı əsir götürülüb.
Kişi əsirlikdən dərhal sonra vətənə qayıtmamasının səbəbini belə izah edib:
“O zaman çox qorxurdum ki, ya uzunmüddətli cəzaya məhkum olunaram, ya da hətta güllələnirəm”.
Krasnoperov onu da bildirib ki, yerli sakinlər onu yerli qızla evləndirə biliblər.
“Həmin vaxt həyat yoldaşım bir qıza hamilə idi, qucağında da başqa bir qızı var idi”, – Sergey deyib.
Xuraman Etibarlı
İnterpress.az