Qazaxıstan öz vətəndaşlarını İsrail və İrandan təxliyə etməyə davam edir.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qazaxıstan Xarici İşlər Nazirliyi vətəndaşlarının yüksək riskli ərazilərdən təxliyəsi üçün əlaqələndirilmiş tədbirləri davam etdirir.
XİN-in məlumatına görə, Misir vasitəsilə İsraildən 66, İrandan isə 78 nəfər, o cümlədən Ermənistan (73), Türkmənistan (3) və Azərbaycan (2) vasitəsilə təxliyə edilib.
Qazaxıstan Xarici İşlər Nazirliyi təxliyədə göstərdikləri köməyə görə İsrail, Misir, Azərbaycan, İran, Ermənistan və Türkmənistanın hakimiyyət orqanlarına minnətdarlığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az