Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
İnterpress.az xəbər verir ki, bunu RİA Novosti-yə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.
O bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
“Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa indi də hazırdır, İrəvanın heç bir məhdudiyyəti və əlavə şərtləri yoxdur”, – Qriqoryan vurğulayıb.
O əlavə edib ki, hazırda sənədin imzalanması üçün konkret yer və vaxtla bağlı heç bir razılaşma yoxdur.
Xuraman Etibarlı
İnterpress.az