Türkiyə ilə münasibətlərin normallaşması erməni iş adamlarının bu ölkədə sərbəst ticarət etməsinə şərait yaradacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “Mülki Müqavilə” partiyasının deputatı Vladimir Vardanyan parlamentin brifinqləri zamanı bidirib.
O, Paşinyanın Türkiyəyə səfəri zamanı diplomatik pasport sahiblərinin və ya üçüncü ölkə vətəndaşlarının xüsusi vizasız qarşılıqlı səfərləri ilə bağlı sənədlərin imzalanmasının mümkünlüyündən danışıb.
“Biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, normal, təbii diplomatik münasibətlərin qurulması, gələcəkdə isə vətəndaşlarımıza və biznes qurumlarımıza Türkiyə ilə ticarət, iqtisadi və digər əlaqələrə girmək üçün daha fəal imkanların yaradılması haqqında daim danışırıq və danışacağıq”, – Vardanyan deyib.
Xuraman Etibarlı
İnterpress.az