Çin Misir sərhədi vasitəsilə İsraildən öz vətəndaşlarını təxliyə etməyə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Çinin İsraildəki səfirliyi vətəndaşların təxliyəsinə iyunun 20-də başlandığını bildirib.
Ölkəni tərk etmək istəyənlər Misirlə sərhəddə yerləşən Taba sərhəd-keçid məntəqəsi vasitəsilə sərhədi keçə biləcəklər.
Evakuasiya sənədlərlə materik Çin vətəndaşları, eləcə də Honq Konq, Makao və Tayvan sakinləri üçün mümkündür.
Xuraman Etibarlı
İnterpress.az