Türkiyə-Amerika münasibətlərində YENİ DÖVR: Ərdoğan-Tramp görüşü ərəfəsindəbackend

Türkiyə-Amerika münasibətlərində YENİ DÖVR: Ərdoğan-Tramp görüşü ərəfəsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Ərdoğan və amerikalı həmkarı Tramp arasında gözlənilən görüş fonunda Türkiyə-Amerika münasibətləri yeni mərhələyə qədəm qoyur.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin “Kriter” qəzeti yazıb.

Türkiyə prezidenti Ərdoğan və amerikalı həmkarı Tramp arasında gözlənilən görüş fonunda Türkiyə-Amerika münasibətləri yeni mərhələyə qədəm qoyur.

“Onların şəxsi dialoqu və liderlik diplomatiyası əvvəllər regional böhranların həllində və əməkdaşlığın gücləndirilməsində əsas rol oynayıb.

Tramp hər zaman Türkiyənin Yaxın Şərqdə əsas oyunçu kimi əhəmiyyətini vurğulayır və Ərdoğanı güclü lider kimi tanıyır.

ABŞ-nin xarici siyasətindəki dəyişiklik və “qlobal jandarm” rolunun rədd edilməsi fonunda Türkiyənin regional gücləri, o cümlədən regional güclərin rolu daha da önəmlidir”, – ölkənin aparıcı beyin mərkəzi SETA ilə əlaqəli qəzet qeyd edib.

Ankara Rusiya-Ukrayna münaqişəsində vasitəçi kimi unikal rol oynayır və Suriya və digər regionlarda böhranların həllində fəal iştirak edir.

Bu kontekstdə Ərdoğan və Tramp arasında gözlənilən görüşün ikitərəfli əlaqələrin inkişafına, ticarət və müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə yeni təkan verə biləcək tarixi hadisə olacağı gözlənilir.

Bir çox ekspertlər hesab edir ki, iki siyasətçinin liderlik diplomatiyası Türkiyə-Amerika tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə qaldıra bilər – xüsusilə regional çağırışlar və ABŞ-nin qlobal siyasətinin dəyişməsi fonunda vacibdir.

Mayın 22-də Türkiyə prezidenti ABŞ-yə səfərin mümkünlüyünü açıqlayıb və prezident Trampla şəxsi görüşə ümid etdiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az