Putin və Tramp arasında görüşün vaxtı AÇIQLANDIbackend

Putin və Tramp arasında görüşün vaxtı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfi Vladimir Putinlə Donald Trampın görüşünə hazırlıqdan danışıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Leonid Slutski bildirib.

Slutski deyib ki, Putin və Tramp arasında görüşə hazırlıq “qabaqcıl mərhələdə”dir. Görüşün yaxın gələcəkdə – fevral və ya mart aylarında baş tutacağı gözlənilir.

Bundan əvvəl həm Tramp, həm də Putin görüşmək və nüvə silahlarına nəzarət və qlobal enerji qiymətləri məsələlərini müzakirə etməyə hazır olduqlarını bildiriblər.

Tramp həmçinin Rusiya və Ukrayna arasında müharibəni mümkün qədər tez bitirmək niyyətində olduğunu bildirib.

Slutski öz növbəsində əlavə edib ki, danışıqların mövzularından biri də Yaxın Şərqdəki vəziyyət olacaq.

Xuraman Etibarlı

İnterpress.az