Putin yeni qanun İMZALADI: Rusiyada 19 aprel “Sovet xalqının soyqırımı günü” oldubackend

Putin yeni qanun İMZALADI: Rusiyada 19 aprel “Sovet xalqının soyqırımı günü” oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 19 aprel “Sovet xalqının soyqırımı günü” elan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rusiya Prezidenti yeni xatirə gününün təsis edilməsi barədə sənədi təsdiqləyib.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin ölkədə yeni xatirə gününün təsis edilməsi haqqında qanunu imzalayıb.

Sənədə əsasən, bundan sonra 19 aprel tarixi Rusiyada “Sovet xalqının soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd olunacaq.

Xuraman Etibarlı

İnterpress.az