“Putinin gizli əli” – İranın hücum taktikasında Rusiyanın izi varmı?backend

“Putinin gizli əli” – İranın hücum taktikasında Rusiyanın izi varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İranın ABŞ qüvvələrinə hücumlarına dəstək verir.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

İranın Yaxın Şərqdəki ABŞ qüvvələrinə və onların müttəfiqlərinə qarşı həyata keçirdiyi hücumlarda Rusiyadan dəstək ala biləcəyi iddia edilir.

Söhbət kəşfiyyat məlumatları və taktiki yardımdan gedir.

Agentliyə açıqlama verən Amerika və Qərb kəşfiyyatı rəsmiləri bildiriblər ki, Rusiya İrana peyk görüntüləri və dron hücumlarının effektivliyini artıran məlumatlar ötürür.

Belə bir yardımın dəqiq miqyası və müntəzəmliyi hələlik məlum deyil.

Böyük Britaniyanın müdafiə naziri Hili qeyd edib ki, İranın zərbələr taktikasında Rusiyanın Ukraynadakı müharibədə tətbiq etdiyi üsullarla bənzər elementlər müşahidə olunur.

Nazir vurğulayıb: “İranın bəzi hücum üsullarının arxasında Putinin gizli əlinin dayanması təəccüblü olmazdı”.

Xuraman Etibarlı

İnterpress.az