Putinin qızı yüksək vəzifəyə TƏYİN OLUNDU – MDU-da institut rəhbəri OLDUbackend

Putinin qızı yüksək vəzifəyə TƏYİN OLUNDU – MDU-da institut rəhbəri OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin qızı yüksək vəzifəyə təyin olunub.

İnterpress.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin qızı Mariya Vorontsova yeni rəhbər vəzifəyə gətirilib.

Məlumata görə, 40 yaşlı Vorontsova Moskva Dövlət Universitetinin (MDU) Tibbi Elm-Tədris İnstitutunun direktoru təyin edilib. Bu barədə universitetin Fundamental Tibb Fakültəsi məlumat yayıb.

Qeyd olunur ki, sözügedən institutun tərkibinə həkim və əczaçıların hazırlandığı fakültə ilə yanaşı, universitet klinikası və Regenerativ Tibb Mərkəzi də daxildir.

Qurumda Rusiya Elmlər Akademiyasının 20-dən çox akademiki və müxbir üzvü fəaliyyət göstərir.

Xuraman Etibarlı

İnterpress.az