Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının nəticələrinə dair statistika açıqlanıb.
Yenisabah.az DİM-ə istinadən xəbər verir ki, qabiliyyət imtahanından ümumi 19 min 317 nəfər qeydiyyatdan keçib, 11 min 631 nəfər imtahanda iştirak edib.
8 min 249 nəfər müsbət qiymət alıb.
Statistika Bakı, Gəncə, Naxçıvan və Lənkəran şəhərləri üzrədir.