Azərbaycanın qadın cüdoçusu Şahanə Hacıyeva Yaponiyanın paytaxtı Tokioda keçirilən Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə tarixə düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu, Azərbaycanın istər Olimpiya, istərsə də Paralimpiya komandasının ilk qızıl medalı olub.
Bu səbəbdən də ilk dəfə Tokioda Azərbaycan himni səslənib.
Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası üç dəfə himnimizi səsləndirməyə yaxın olsa da, gümüş medal qazanmaqla bu şansdan yararlana bilməyib.