Yaroslavl vilayətində arvad iş tapa bilmədiyi üçün ərinə 36 bıçaq zərbəsi vurub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Məlumata görə, 35 yaşlı Svetlana daimi iş tapa bilməyən 30 yaşlı Mixaillə daim mübahisə edib.
Qətl baş verən gün bütün günü onların mənzilindən qışqırıq səsləri eşidilib, qonşular polisə zəng edərək səs-küydən şikayət ediblər.
Mübahisə zamanı Svetlana bıçağı götürərək ərini dayanmadan bıçaqlamağa başlayıb: ürəyi, mədəsi, qolları və boynuna. Qeyri-adekvat qadın ancaq yorulanda dayana bilib.
Hadisə yerinə gələn həkimlər ölüm faktını təsdiqləyiblər.
Xuraman Etibarlı
İnterpress.az