Rusiyada müəllim dərslikləri oğurlayaraq internetdə satıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Tulada ingilis dili müəllimi 1 milyon rubl (təxm. 17 600 man) dəyərində dərslikləri oğurlayaraq internetdə satıb.
KİV-in məlumatına görə, polis 47 yaşlı qadını satış elanları olan saytlardan birində tapıb.
İndi müəllimi 5 ilə qədər həbs gözləyir.
Xuraman Etibarlı
İnterpress.az