Qadın öz çarpayısında sıxışaraq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə ” New York Post” məlumat yayıb. Öz çarpayısında boğulan qadın yeniyetmə qızı 19 yaşlı Elizabet tərəfindən tapılıb.
39 yaşlı Helen Davey çarpayını səhv qaldıraraq döşəklə çarpayının altlığı arasında qalaraq dünyasını dəyişib. Qaldırma mexanizmi olan çarpayı düz onun boynuna düşüb.
Helenin ölümü ilə bağlı araşdırma, döşəyi qaldıran qaz porşenlərindən birinin nasaz olduğunu aşkar edib.
Helen “All Dolled Up” adlı kosmetika biznesi ilə məşğul olub və 11 yaşlı Corc adlı oğlu da var.
Xuraman Etibarlı
İnterpress.az