Qadınlar gözəllik üçün həyatlarını riskə atmaq İSTƏMİRLƏR – Kütləvi İMTİNA BAŞLADIbackend

Qadınlar gözəllik üçün həyatlarını riskə atmaq İSTƏMİRLƏR – Kütləvi İMTİNA BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bloqerin ölümündən sonra Rusiyada “omba bazarı” çöküb.

İnterpress.az xəbər verir ki, Rusiyada estetik prosedurlar bazarında ciddi geriləmə və təşviş yaşanır.

Məlumata görə, bloqer Yuliya Burtsevanın kosmetoloji prosedur zamanı dünyasını dəyişməsindən sonra qadınlar kütləvi şəkildə omba böyütmə (korreksiya) əməliyyatlarından imtina etməyə başlayıblar.

İlin əvvəlindən bəri Moskva, Kazan, İrkutsk və Vladivostokdakı özəl klinikalarda müştəri sayı 40 faizə qədər azalıb.

Əvvəllər gündə 4-6 konsultasiya keçirilirdisə, indi həftə ərzində cəmi 1-2 müraciət daxil olur.

Həkimə gələnlər isə risklər və ölüm halları barədə suallar verərək prosedurdan vaz keçirlər.

Vəziyyətdən çıxmaq üçün kosmetoloqlar dolğulara (fillerlərə) alternativ üsullar təklif etsələr də, bəzi klinikalar bu xidməti ümumiyyətlə ləğv ediblər.

Xatırladaq ki, bloqer Yuliya Burtseva prosedur zamanı anafilaktik şok keçirərək ölüb.

Məlum olub ki, əməliyyatı 26 yaşlı, tibbi təhsili və lisenziyası olmayan bir qız həyata keçirib. Faktla bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az