Qafqaz, Altay və Sayan bölgələrində Nepalda olduğu kimi daşqın riski var.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a Novosibirsk Dövlət Universitetinin Ümumi Biologiya və Ekologiya kafedrasının müdiri Sergey Sergeyev məlumat verib.
Onun sözlərinə görə, Qafqaz, Altay və Sayan ərazilərində Nepalda baş verənlərə bənzər daşqınların yaranma riski mövcuddur.
Sergeyev bildirib ki, belə daşqınlara buzlaqların əriməsi, zəlzələlər və güclü yağışlar səbəb ola bilər.
İnsan fəaliyyəti də bu cür təbii fəlakətlərin yaranmasına və ya güclənməsinə təsir göstərə bilər.
Xuraman Etibarlı
İnterpress.az






