Rusiyada çoxarvadlı rusun ailəsində 30-cu uşaq dünyaya gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, çoxarvadlı İvan Suxovun ailəsində 30-cu uşaq dünyaya gəlib.
Bununla belə, kişi dayanmaq niyyətində deyil. O, əvvəllər bildirmişdi ki, məqsədinə çatmaq üçün ona ən azı 50 uşaq lazımdır.
Suxov iddia edir ki, ailə ayda 75 min rublla (təxm. 1 300 man) xoşbəxt yaşayır və uşaqlar ciddi ənənələrlə böyüyürlər.
Xatırladaq ki, İvan Suxov bir neçə ay əvvəl həyatı haqqında danışarkən ictimai rezonansa səbəb olub. O, 16 yaşında ata olduğunu bildirib. Kişi bir neçə arvadı və 29 uşağı olduğunu deyib.
Bir çox istifadəçi İvanın sözlərindən şoka düşüb. Bəzi şou-biznes ulduzları onu qınayıblar.
Qəyyumluq orqanlarının nümayəndələri uşaqların yaşayış şəraitini yoxlamaq istəyiblər. Suxov özünü kiçik “ölkəsinin” başçısı hesab etdiyi üçün tənqidlə maraqlanmadığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az