Rostovda 1 saylı istintaq təcridxanası yanır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, qalmaqallı Rostovda 1 saylı istintaq təcridxanasında partlayış, ardınca isə yanğın baş verib.
Yanğının episentri sistem administratorunun avadanlıqlarının yerləşdiyi ofis olub.
Hadisə yerinə dərhal polis və fövqəladə hallar xidmətinin əməkdaşları gəlib. Xilasedicilər tez bir zamanda yanğını söndürüblər. Həlak olanlar barədə hələlik məlumat yoxdur.
Xuraman Etibarlı
İnterpress.az