Qaqauz rəhbəri Qutsul Ərdoğana müraciət edib.
İnterpress.az xəbər verir ki, müraciət siyasətçinin Telegram kanalında dərc olunub.
Siyasətçi deyib ki, o, “qaqauz xalqının qanuni hüquqlarını qorumaq” üçün Türkiyə prezidentinin müdaxiləsinə ümid edir.
“Qaqauziyanın Türkiyəyə ehtiyacı var – uzun illər əvvəl Ankaranın səsi sülhün və ədalətin qorunmasına kömək etdiyi kimi.
Bu gün biz yenə də Qaqauz xalqının qanuni hüquqlarını qorumaq üçün müdaxilənizə ümid edirik”, – Qutsul Ərdoğandan kömək istəyib.
Yevgeniya Qutsul həbsini tək bir hadisə deyil, Moldovanın “sistem siyasəti” adlandırıb.
Xuraman Etibarlı
İnterpress.az