Qaqik Tsarukyana məxsus şəxsi zooparkdakı şirlərdən biri ÖLDÜbackend

Qaqik Tsarukyana məxsus şəxsi zooparkdakı şirlərdən biri ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbs olunmuş Qaqik Tsarukyanın özəl zooparkında yuxuya verilən şir ayılmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.

Ermənistanda həbsdə olan iş adamı və siyasətçi Qaqik Tsarukyana məxsus şəxsi zooparkdakı şirlərdən biri yuxuya verildikdən sonra ayılmayaraq tələf olub.

Məlumata görə, heyvan baytarlıq proseduru çərçivəsində narkoz vəziyyətinə salınıb. Lakin şir sonradan ayılmayıb və ölüb.

Hadisənin səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az