“Qarabağ birgünlük iş deyil“ – Sergey Lavrovbackend

“Qarabağ birgünlük iş deyil“ – Sergey Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ məsələsinin həllində Rusiya, Ermənistan və Azərbaycan liderləri şəxsən iştirak edirlər. Bu iş bir günlük iş deyil”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDBMİ-də (MQİMO) keçirilən görüşdə bildirib.

Lavrov ötən ilin noyabrında atəşkəsin yaradılmasında Moskvanın həlledici rolunu qeyd edib:

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr və 11 yanvar tarixlərində əldə etdikləri razılaşmalar var. Bu bir günlük iş deyil və bu işdə şəxsən üç ölkənin liderləri, eləcə də Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentini təşkil edən hərbçilərimiz iştirak edir. Onlar gərginliyi azaltmaq və etimad yaratmaq üçün hərəkət edirlər “.

Nazir əlavə edib ki, rus sərhədçiləri “erməni müttəfiqlərinə azərbaycanlı qonşuları ilə problemləri həll etməkdə” də kömək edirlər.

İrəvanla Moskva arasındakı münasibətlərə gəlincə, Lavrovun fikrincə, ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı çox inamla irəliləyir.

“Ermənistan bizim müttəfiqimizdir. Dünən yeni xarici işlər nazirini qəbul etdik və yaxşı danışıqlarımız oldu. İkitərəfli olaraq çox zəngin bir gündəmimiz var: səfərlər mübadiləsi və böyük layihələrin həyata keçirilməsi, iqtisadi əməkdaşlığın inkişafı. Bütün bunlar çox intensiv və inamla gedir”, – deyə Lavrov qeyd edib.