“Qarabağ“ bu gün Şotlandiyaya gedirbackend

“Qarabağ“ bu gün Şotlandiyaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Aberdin”in qonağı olacaq “Qarabağ”  bu gün Şotlandiyaya yollanacaq. komandanı Aberdin şəhərinə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Baş məşqçi Qurban Qurbanov avqustun 25-i yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Son məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Pittodri” stadionunda olacaq.

“Aberdin” – “Qarabağ” matçı avqustun 26-da “Pittodri” stadionunda Bakı vaxtı ilə 22:45-də keçiriləcək.