“Qarabağ erməniləri Azərbaycan pasportu alsa…“ – Razi Nurullayevbackend

“Qarabağ erməniləri Azərbaycan pasportu alsa…“ – Razi Nurullayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusməramlıların Xankəndi və ətrafından yaxın illərdə çəkilməsini təmin etmək üçün əzəli torpaqlarımızda yaşayan erməni əsilli azərbaycanlılarla – bizim vətəndaşlarla birbaşa təmasa keçməliyik, onların ölkəyə inteqrasiyası üçün çalışmalıyıq. Bunun yollarından biri də Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşlarımızı kommunal xidmətlərlə təmin etməkdir”.

Buu fikirləri “Respublikaçı Alternativ” Partiyasının (REAL) icra katibi Natiq Cəfərli sosial şəbəkədə paylaşıb., Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, bu tip prosedurları həyata keçirmək üçün ilk növbədə, bölgədə yaşayan erməni vətəndaşların kimliyi Azərbaycana məlum olmalıdır:

“Onların kimliyiylə bağlı yəqin ki, Azərbaycanın arxivlərində sənədlər var. 1989-cu ilə qədər məlumatlar mövcud ola bilər. O arxivlərin bir qismi yəqin ki, Bakıda qalıb, qalanları Xankəndidə. Onları məhv elədilər, yoxsa saxladılar, bundan da bixəbərik. İndi orada hansı ermənilər yaşayır, hansı hüquqla haradan köçürülüb, kim köçürüb, niyə köçürüb, hansı cinayətləri edib və s. – bunlar araşdrılmalıdır. Bunu bilmədiyimizə görə hələ ki məsələləri hüquqi cəhətdən tənzimləmək mümkün deyil”.

Razi Nurullayevin fikrincə, ilk növbədə, Qarabağda yaşayan ermənilər Azərbaycanın yuridisiyası altında olmağı qəbul etməli, Azərbaycan pasportunu almalıdır.

“Əgər ermənilər Azərbaycan pasportu alacaqsa, təbii olaraq Azərbaycanın Konstitusiyasından irəli gələn hüquqlar onlara da tətbiq ediləcək. O cümlədən pensiya, sosial müavinət, güzəştli bank kreditləri”.

Deputat vurğulayıb ki, Azərbaycan dövləti Ermənistanla müqayisədə ermənilərə daha çox azadlıq və hüquqlar verə bilər. “İlk növbədə isə daha yüksək həyat standartları. Bundan da böyük vəd ola bilər ki?!”