Qarabağda tikiliyə “Maştağa 1 N-li internat” yazan Elçin Əhmədov tələbə adını qazandıbackend

Qarabağda tikiliyə “Maştağa 1 N-li internat” yazan Elçin Əhmədov tələbə adını qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsi iştirakçısı olan Elçin Əhmədov tələbə adını qazanıb.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, o, Türkiyədə Atatürk Universitetinə qəbul olub.

E.Əhmədov “İşlətmə – biznes” ixtisası üzrə qiyabi təhsil alacaq.

Qeyd edək ki, Elçin Əhmədov hər iki valideynini itirdikdən sonra dövlət himayəsində böyüyüb.

O, Vətən müharibəsində Qarabağdakı tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşmışdı.