Qazax sakinindən silah tapıldı – FOTObackend

Qazax sakinindən silah tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax rayon sakinindən silah götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş, 40 yaşlı Elmir Qocayev rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “TT” tipli tapança və həmin tapançaya məxsus 2 ədəd atəşə yararlı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İnterpress.az