Qazaxda 18 tələbənin zəhərləndiyi bildirilib.
İnterpress.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsinin bufetdə dönərdən zəhərləndiyi qeyd olunub.
Zəhərləndiyi bildirilən tələbələr aşağıdakılardır:
Sabirabad rayon sakini Ö. Rüstəmov (2003-cü il), Tovuz rayon sakinləri F.Rzayeva (2007) və İ.Niyazova ( 2001), Gəncə şəhər sakini F.Süleymanova (2007), Yevlax rayon sakini F.Nəsibova (2005), Ağstafa rayon sakinləri Ş.Məmmədova (2005) və N.Hacıyev (2005), Daşkəsən rayon sakini C.İsrafilov (2005), Mingəçevir şəhər sakini S.Əliyeva (2007), Şəmkir rayon sakini N. Əmirova (2004), Beyləqan rayon sakini R.Mədətov (2004), Ağcabədi rayon sakini M.Qasımova (2005), Şamaxı rayon sakini N.Məlikov (2003), Qazax şəhər sakini R.Məmmədli (2006), Gədəbəy rayon sakini G.Bağırova (2005), Kəlbəcər rayon sakini M.Şahbazov (2005), Goranboy rayon sakinləri O.Cəfərov (2004) və A.İsgəndərova (2005).
Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra tələbələr evə buraxılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, nəticələrlə bağlı məlumat veriləcək.”Report“