Qazaxda Xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş tədbir keçirilibbackend

Qazaxda Xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi respublikamızda silsilə tədbirlərlə qeyd olunur.

Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyinə həsr olunmuş növbəti tədbir avqustun 18-də Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının, “Qazax” Xeyriyyə İctimai Birliyinin və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda təşkil olunub.

Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, ictimai birliyin üzvləri, AYB Qazax zona filialının üzvləri, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin üzvləri, qonaqlar, Xalq şairi Miravrid Dilbazinin adını daşıyan Cəfərli kənd tam orta məktəbin, Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin müəllim-şagird kollektivi, təhsil, mədəniyyət işçiləri, rayon ziyalıları, ağsaqqalları, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin Xalq şairi Mirvarid Dilbazini “İstiqlal ordeni” ilə təltifetmə mərasimindən hazırlanmış videoçarx nümayiş olunub.