Qazaxıstan və Ermənistan parlamentlərarası əlaqələrin inkişafını MÜZAKİRƏ ETDİbackend

Qazaxıstan və Ermənistan parlamentlərarası əlaqələrin inkişafını MÜZAKİRƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan və Ermənistan parlamentlərarası əlaqələrin inkişafını müzakirə ediblər.

İnterpress.az xəbər verir ki, Qazaxıstanda səfərdə olan Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti respublika Senatının (parlamentin yuxarı palatası) sədri ilə görüşüb.

İkitərəfli əməkdaşlıq və parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Bundan əlavə, tərəflər ticarət-iqtisadi və investisiya əməkdaşlığı, xüsusilə nəqliyyat və logistika, eləcə də enerji sahələrində birgə layihələrin həyata keçirilməsində potensialı qeyd ediblər.

Səfər çərçivəsində Simonyan mayın 14-də respublika prezidenti Tokayev tərəfindən qəbul edilib və parlamentin aşağı palatasından olan həmkarı Koşanovla görüşüb.

Xuraman Etibarlı

İnterpress.az