Qazaxıstan və İran 92,8 milyon dollar dəyərində saziş imzalayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.
Tehranda 50-dən çox qazaxıstanlı sahibkar və 230 iranlı tərəfdaşın iştirakı ilə Qazaxıstan və İran arasında biznes forumu keçirilib.
Forumun yekunu olaraq ümumilikdə 92,8 milyon dollarlıq 10 saziş imzalanıb.
Bundan əlavə, Qazaxıstan İrana 250 milyon dollarlıq məhsul verməyə hazır olduğunu bəyan edib .
Xuraman Etibarlı
İnterpress.az