Qazaxıstanda bir qrup silahlı dini radikal saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Polisia.kz məlumat yayıb. Polis və Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Qazaxıstanın Türküstan vilayətində dini radikalların mütəşəkkil silahlı dəstəsini saxlayıb.
Onlar sosial şəbəkələrdə “əvvəllər məhkəmə tərəfindən ekstremist kimi tanınan audio və video materialları” yerləşdirdikləri qeyd edilir.
Şübhəlilərin yaşayış və iş yerlərində aparılan axtarışlar zamanı 20-dən çox dini ədəbiyyat, narkotik vasitələr, döyüş sursatı, qanunsuz saxlanılan silah-sursat və digər maddi sübutlar götürülüb.
Qrup rəhbərləri məhkəmənin qərarı ilə həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az