Qazaxıstanın şərqində dörd nəfər şaxtada naməlum maddədən zəhərlənərək ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Şərqi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Avqustun 31-də saat 17:30-da “Vostoktsvetmet” MMC-nin şaxtasında ilkin məlumata görə, 4 nəfər naməlum maddədən zəhərlənərək ölüb. Daha bir nəfər Şərqi Qazaxıstan vilayətinin Qlubokovski rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər”, – məlumatda vurğulanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.