Qazaxıstanda yanğın 5 uşağın həyatına son qoyub.
İnterpress.az xəbər verir ki, ötən gecə Qazaxıstanın Kostanay vilayətində yaşayış binasında yanğın baş verib.
Yanğın damın uçmasına səbəb olub, 5 uşaq həyatını itirib. Onlardan ən kiçiyinin 5 yaşı var idi.
Yanğının ilkin səbəbi evdə sobanın nəzarətsiz qalmasıdır.
Qeyd olunur ki, hadisə zamanı uşaqlar evdə tək olublar. Faktla bağlı araşdırmalara başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az